Qətərdə avtodromun yenidən qurulması 350 milyon dollara başa gələcək.

Bu il Losaildəki dövrə ikinci dəfə Qətər Qran Prisinə ev sahibliyi edəcək, şənbə günü isə trasda sprint yarışı keçiriləcək və hazırda orada genişmiqyaslı yenidənqurma işləri sürətlə gedir.

F-1.az xəbər verir ki, Formula1-in prezidenti Stefano Domenikali dünən MotoGP çempionatının promouteri Karmelo Espeleta ilə birlikdə Qətərə səfər edib və gördükləri onlarda xoş təəssürat yaradıb.

16 döngədən ibarət 5380 m-lik tras 2004-cü ilin payızında açılıb və o vaxtdan bəri müntəzəm MotoGP yarışlarına ev sahibliyi edib.

Dünyanın iki aparıcı avtomobil və motosiklet yarışı seriyalarının başçılarını Qətər Avtoidman Federasiyasının prezidenti ƏbdürRəhman bin Əbdül Əl Mannay qəbu edib. Məhz federasiya Losail trasında keçirilən bütün yarışların promouteri kimi çıxış edir.

Domenikali və Espeletaya trasın və onun infrastrukturunun yenidən qurulması planları təqdim olunub ki, bunlara asfalt örtüyünün və porebriklərin tamamilə dəyişdirilməsi, yeni drenaj sisteminin çəkilməsi, hasarların, pit-leyn və tribunaların modernləşdirilməsi, yeni parkinqin təşkili daxildir. Artıq bu işlərin icrasına başlanılıb və hörmətli qonaqlara hər şeyin vaxtında hazır olacağına əminlik verilib.

Qətər Qran Prisi oktyabrın 6-dan 8-dək keçiriləcək və noyabrda trasda MotoGP mərhələsi baş tutacaq. Maraqlı fakt: vaxtilə Losail Beynəlxalq Avtodromunun tikintisi 58 milyon dollara başa gəlib, indi isə onun yenidənqurma layihəsi 350 milyon avro qiymətləndirilir.

Amma Qətər tərəfi Qran Pri üçün 10 il müddətinə nəzərdə tutulmuş uzunmüddətli müqavilə imzalayıb, ona görə də bütün investisiyalar öz bəhrəsini verməlidir. Yenidənqurmadan sonra Losail infrastrukturu Yas Marina, Bəhreyn və Səudiyyə Ərəbistanındakı yarış meydançaları kimi heyrətamiz strukturlardan heç bir şəkildə geri qalmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*