Qətər testləri: 3-cü gün – X.Lorenso birincidir

Yamaha komandasının sürücüsü Xorxe Lorenso testlərin son günündə birinci yeri tutub...

F-1.az Qətərdən xəbər verir ki, Xorxe Lorenso mövsümöncəsi son testlərin sonuncu günündə birinci yeri tutub. Lorenso Michelin təkərləri ilə 1:54.810 zaman nəticəsi göstərib.

Xatırladaq ki, keçən il Andrea Dovisyozo Qətər QP-də Bridgestone təkərləri ilə 1:54.113 zaman nəticəsi göstərək poul qazanmışdı.

Skot Reddinq testlərin son günündə də özünü yaxşı tərəfdən göstərib və 1:55.326 zaman nəticəsi ilə ikinci olub. Reddinq Lorensodan 0.5 saniyə geridə qalıb.

Testlərin ikinci günündə birinci yeri tutan Maverik Vinyales bu dəfə 3-cü olub. İspaniyalı sürücü 1:55.333 zaman nəticəsi göstərib.

Mark Markes testlərin sonuncu günündə də qəza edib. İspaniyalı sürücü son döngədə yıxılıb. Buna baxmayaraq, o yenidən trasa qayıda bilib və testləri 1:55.402 zaman nəticəsi ilə 4-cü yerdə başa vurub.

Valentino Rossi də testlərin sonuncu günündə qəza edib. Əfsanəvi sürücü 10-cu döngədə səhv edib və yıxılıb. Buna baxmayaraq, italiyalı 1:55.429 zaman nəticəsi ilə 5-ci olub.

Andrea Yannone, Kal Kratçlou və Andrea Dovisyozo ilk 8-liyi tamamlayan sürücülər olublar.

Repsol Honda komandasının digər sürücüsü Dani Pedrosa isə seansı 14-cü yerdə başa vurub.

Testlərin son günündə Rossi və Markesdən başqa yıxılan sürücülər olub. Kal Kratçlou, Aleksis Esparqaro, Loris Baz və Tito Rabat da gün ərzində qəza ediblər.

Qeyd edək ki, MotoGP üzrə 2016-cı il mövsümü martın 20-də başlayacaq və ilk yarış elə Qətərdə baş tutacaq…

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*