Qətər çempionatda debüt edə bilər

Yaxın şərq ölkəsinin bu mövsüm ləğv olunmuş Avstraliyanı əvəz etməsi gözlənilir.

Losail avtodromunun çempionata gəlməsinə ilk gündən Bəhreyn avtodromunun rəhbərliyi qadağa qoymuşdu.

Bəhreynlilər, ümumiyyətlə, Yaxın Şərq ölkələrinə qadağa qoymuşdular. Amma zamanla əvvəlcə Əbu Dabi, daha sonra isə Səudiyyə Ərəbistanı çempionata yol tapdı. İndi isə növbə Qətərindir.

Deyilənlərə görə, Qətər təqvimdə boş qalan Avstraliya Qran Prisinin yerini tutacaq və mövsüm Yaxın Şərqdə 3 ardıcıl yarışla başa çatacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*