Qətər-2023: Həftəsonuna ilkin hava proqnozu

Qətər Qran Prisi günləri üçün ilkin proqnozlar həftəsonu boyu isti və quru hava vəd edir.

F-1.az avtodromun rəsmi saytına istinadən xəbər verir ki, hər 3 gün hava +39 dərəcəyə qədər isinəcək. Lakin buna baxmayaraq, sıralanma turu, sprint yarışı və əsas yarış gün batandan sonra baş tutacağı üçün temperatur +29 dərəcəyə qədər enəcək.

Xatırladaq ki, sonuncu dəfə 2 il əvvəl burada baş tutan yarış həftəsonu boyunca hava quru və isti olmuşdu.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*