Qətər-2023: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları bu həftəsonu baş tutacaq Qətər Qran Prisinin nəticələri üçün əmsal cədvəllərini tərtib ediblər.

F-1.az xatırladır ki, Maks Ferstappen bir yarışlıq fasilədən sonra Suzukada yenidən qələbə qazanıb. Niderlandlı sürücü Qətərdəki həftəsonunda ardıcıl üçüncü titulunu əldə edə bilər. Bunun üçün sprint və ya əsas yarışda cəmi 3 xal qazanması kifayətdir.

Təəccüblü deyil ki, belə şəraitdə bukmeker kontorları Ferstappeni qarşıdakı yarışın favoriti hesab edirlər. Reytinqdə ikinci yeri onun komanda yoldaşı Serxio Peres və son iki yarışda ikinci olmuş Lando Norris tuturlar. Lakin onların əmsalı Maksınkindən xeyli yüksəkdir.

McLaren-in son dövrlərdəki performansı göz önündədir və Oskar Piastrinin şansları da Mercedes və Ferrari sürücülərindən yüksək qiymətləndirilir…

Qətər Qran Prisində qələbə Əmsal
Maks Ferstappen 1.17
Serxio Peres, Lando Norris 10.00
Oskar Piastri 15.00
Lyuis Həmilton 18.00
Corc Rassell, Şarl Lekler, Karlos Sayns 20.00
Fernando Alonso 60.00
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*