F-1.az bildirir ki, Azərbaycanın ən birinci və ən böyük Avtomobil sərgisi olan Qafqaz Avtomobil Sərgisi iki ildən sonra yenidən keçirilir. 17-ci dəfə keçirilən sərginin builki şüarı “Təhlükəsiz, Ekoloji və Zövqlü” olaraq seçilib. Buna görə də sərgi ölkəmizin ekoloji cəhətdən ən təmiz şəhərlərindən biri olan Qəbələdə təşkil edilib.
Tədbir çərçivəsində ekoloji avtomobillərin təbliğatı üçün konfrans keçirilib. Konfransda moderator sərginin təşkilatçısı Natiq Zərbəliyev olub. Ona Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının üzvləri Ərşad Hüseynov, Adil Axundov, Elməddin Muradlı, Eyyub Əliyev dəstək olublar
Açılışı Natiq Zərbəliyev edib. Daha sonra söz AADA-nın üzvlərinə verilib. Onlar ölkədə Avtomobil qiymətlərinin bahalığından və buna görə də avtoparkların qocalmasından, bunun da ölkənin ekologiyasına zərərindən şikayət ediblər. Eyni zamanda ölkəfə ekoloji və daha yeni maşınların artması üçün müxtəlif təkliflər irəli sürülüb.
Daha sonra söz Formula1-in Azərbaycandakı səsi Rəhim Əliyevə verilib. O da sərginin və konfransın faydalarından danışıb və Qarabağ müharibəsində həlak olmuş şəhidləri bir dəqiqəlik sükutla yad edib.
Ən sonda isə kürsüyə avtomobil jurnalisti Elgün Xıdırov keçib və o da təhlükəsiz sürüşün vacibliyindən danışıb.