Qasli yarışdan xaric olunma cəzasına yaxındır

AlphaTauri komandasının sürücüsü Pyer Qasli Meksikada Strolla etdiyi hücumdan sonra daha bir cərimə balı alıb və yarışdan xaric olunma cəzasına yaxınlaşıb.

F-1.az xatırladır ki, fransalı sürücü bununla da 10-cu cərimə xalını alıb. Qeyd edək ki, bir il ərzində 12 cərimə xalı alındığı halda, sürücü bir yarışdan xaric olunur.

Qasli Mexiko Sitidəki yarışda Strolla hücum edərkən onu trasdan çıxarıb və buna görə yarışda 5 saniyə cəza alıb. Yarışdan sonra FİA 26 yaşlı pilotun lisenziyasına bir cəza xalı yazıb və onun hazırda 10 cərimə balı var. Bu da o deməkdir ki, iki crəimə balı da alsa, bir yarışdan xaric olunacaq.

Qaslinin lisenziyasından ilk xallar 2023-cü ilin mayında silinəcək. buna görə də Pyer o tarixə qədər bütün yarışlarda diqqətli olmalıdır

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*