F-1.az bildirir ki, Pyer Qasli yarış əsnasında Sebastyan Fettellə insidentə görə məsuliyyət daşıyır – artıq onun hesabında 6 cərimə balı var.
Stüradlar Corc Rassell ilə Serxio Peres arasındakı hadisəni ilk dövrə insidenti kimi qiymətləndirməyiblər. Çünki həmin insident məhz bu iki sürücü arasında baş verib və başqaları iştirak etməyib. Britaniyalı sürücünün hesabındakı cərimə ballarının sayı 3-ə çatıb.