Qasli FİA ilə müzakirə aparmaq istəyir

Artıq 10 cərimə balı olan fransız sürücü özünü çox çətin vəziyyətə salıb - gələn ilin mayına qədər heç bir balı silinməyəcək və bu müddətdə daha 2 bal da alarsa bir yarışı buraxmalı olacaq.

F-1.az xəbər verir ki, Braziliyada keçirilən mətbuat konfransında AlphaTauri sürücüsü bu məsələni FİA ilə müzakirə etməyə hazırlaşdığını, çünki trasdakı hərəkətlərinin diskvalifikasiyaya layiq olduğuna inanmadığını bildirib.

Pyer Qasli: “Vəziyyət xoşəgəlməz, həm də bir qədər qəribədir. Hərəkətlərimin təhlükəli olduğunu düşünmürəm. Verilən cəzalar çox ağırdır. Mən Alpine ilə bütün yarışlarda iştirak etmək istəyirəm. Bəlkə 2023-cü ildə mənim ixtiyarımda rəqabətədavamlı avtomobilim olacaq, onun sükanı arxasında titul uğrunda mübarizə aparacam. Belə olacağı halda yarış buraxmaq istəmirəm.

Bu problemin həlli üçün FİA ilə müzakirələr aparacam. Reqlament sürücülər üçün çox sərtdir. Mən ola biləcək axmaq bir diskvalifikasiyanın qarşısını almaq üçün növbəti müzakirələri gözləyirəm. Bu, yanlış yanaşmadır”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*