Qapalı park qaydaları sadələşdirilə bilər

Formula1 Komissiyasnın yekun iclasında müzakirə edilən çoxsaylı məsələlərdən biri də sprint yarışı olan həftəsonlarında qapalı park qaydaları olub.

F-1.az bildirir ki, komandalardan sıralanma turu və sprint yarışı arasında çoxsaylı tələblər gəlir ki, bu da qapalı park qaydalarını gözdən keçirməyə vadar edir. Buna görə də, sözügedən məsələ müzakirə ediləcək.

Eyni zamanda sprint yarışlarında komandalara ödənilən ödənişlərdə də dəyişikliklərə gedilir – indiyə qədər komandalara həmin yarışlarda dəyən zərərlərin kompensasiyası üçün 150 000 dollar ödənilirdisə, 2023-cü ildən etibarən bu məbləğ 2 dəfə artırılacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*