Q.Anderdson: “Əgər rəqiblər uduzsa, Toyota udacaq”

Jordan və Stewart maşınlarının keçmiş konstruktoru, hazırda isə Autosport-un eksperti olan Qəri Anderson Crash.Net saytına müsahibəsində Toyota-nın qarşıdakı mövsümdə perspektivlərindən […]

Jordan və Stewart maşınlarının keçmiş konstruktoru, hazırda isə Autosport-un eksperti olan Qəri Anderson Crash.Net saytına müsahibəsində Toyota-nın qarşıdakı mövsümdə perspektivlərindən danışıb…

Qəri Anderson: “Bu il Toyota ilk qələbəsini qazana biləcəkmi? Əlbəttə asan qələbə, pouldan start və yarış zamanı dominantlıqdan danışmaq mümkün deyil, amma təsadüfi qələbələr mümkündür – əgər digərləri uzdusalar onlar uda bilərlər. SÜrətli maşın yaxşıdır, amma mən inanmıram ki, belə bir komanda Formula1-dəki vəziyyətə operativ reaksiya versin. Onlar çox ləngdirlər.

Trulli çox sürətlidir, amma Qlok hərtərəfli sürücüdür və onun uğurları məni sevindirər – gənc sürücülər öz işlərinin öhdəsindən gələndə mən həmişə sevinirəm, amma təkrar edirəm – mən əmin deyiləm ki, onlar bu mövqüm qələbə qazana bilərlər. Çox güman ki, biz bir neçə podium görəcəyik, ona görə ki, başqaları finiş görməyəcəklər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*