Qalmaqallı sponsor Ferstappeni dəstəkləməyə davam edəcək

Niderlandın supermarketlər şəbəkəsi Jumbo avtoidmana sponsorluq etməyi dayandırmaq qərarına gəlib, lakin Red Bull-un sürücüsü ilə əməkdaşlıqdan imtina etməyəcək.

F-1.az bildirir ki, Niderland polisi keçən il şirkətin baş direktoruna qarşı çirkli pulların yuyulması ilə bağlı araşdırma aparıb. Sentyabrda o, həbs edilib. Daha sonra şirkət sponsorluqla bağlı müstəqil araşdırma aparılmasına göstəriş verib və heç bir pozuntu aşkar edilməyib. Supermarketlər şəbəkəsinin nümayəndələri avtomobil idmanına sponsorluq etməkdən niyə imtina etdiklərini hələ izah etməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*