Qafqaz Motor Şou avtomobil sərgisi keçiriləcək

İyulun 29-31-də ikiillik fasilədən sonra Qəbələdə “Qafqaz Motor Şou 2022” avtomobil sərgisi keçiriləcək

“Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyindən F-1.az-a verilən məlumata görə, tədbirin təşkilati dəstəkçisi Azərbaycan Avtomobil Federasiyasıdır (AAF).

Bu dəfə Qəbələdə “Qəbələnd” əyləncə mərkəzində ən müasir və təhlükəsiz, ən texnoloji və ekoloji minik və kommersiya avtomobillərinin təqdimatı keçiriləcək. Bir necə tam yeni modelin Azərbaycan premyerası gözlənilir.

AADA İdarə Heyətiniin sədri Natiq Zərbəliyev deyib ki, yalnız rəsmi avtomobil idxalçılarının və dilerlərinin iştirakı ilə təşkil edilən tədbir unikallığı ilə seçilir: “Adətən bu tədbir “Kaspian Motor Şou” adı altında dəniz kənarında və ya “Qafqaz Motor Şou” kimi qağlıq regionlarda, kütləvi istirahət məkanlarında keçirilir. Sərginin məqsədi: əhaliyə ən müasir avtomobil nümunələrinin nümayişi, hərəkətin təhlükəsizliyinin və sürücülük mədəniyyətinin təbliği, bölgələrdə avtomobil turizminin inkişafı, gənclərdə texniki idman növlərinə marağın artırılması, ekoloji məsələlərə ictimayyətin diqqətinin cəlb edilməsidir”.

2003-cü ildən başlayaraq bu avtomobil forumu Xaçmaz rayonunun Nabran istirahət zonasında, Abşeronun ən populyar çimərlikərində, Şəki və Qəbələ şəhərlərində, Bakıda, Ağ şəhər ərazisində təşkil olunub. Son iki ildə pandemiya ilə əlaqədar sərgi keçirilməyib.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*