F-1.az xatırladır ki, danimarkalı sürücü 2020-ci ilin sonunda Haas komandasından ayrılmış və özünə komanda tapa bilməmişdi. Lakin 2022-ci ilin əvvəlində Mazepinin getməsi ilə yenidən Haas-a getmişdi.
Lakin Kevin birillik fasiləyə baxmayaraq, 2022-ci ildə yaxşı performans göstərmiş və Bəhreyndə 5-ci yeri tuta bilmişdi.
Qido van der Qarde: “Kevin keçən il hamıya təsir etdi. 2021-ci ildə onunla Le Manda yarışırdım, amma 2022-ci ildə heç kimin gözləmədiyi halda Formula1-ə qayıtdı. Formula1-ə qayıtmamışdan əvvəl qatıldığı testləri xatırlayıram. Əal dövrələr vururdu.
O vaxt onunla mesajlaşırdım və testlərin ikinci günündən sonra mənə tükəndiyini yazmışdı. Boyun əzələləri çox ağrıyırdı. LMP2 maşınından Formula1-ə bolidinə keçəndə belə olur. LAkin mövsüm başlayanda performansından təsirləndim”.