Q.van der Qarde: “Fettel soyuqqanlı deyil”

Sabiq Formula1 sürücüsü Qyedo van der Qarde bildirib ki, Fettel sakit ola bilmədiyi üçün çempionluğu itirib.

F-1.az xatırladır ki, Fettel mövsümə əla başlamış, amma Bakı və Sinqapur yarışlarında ciddi səhvlər edərək, çempionluğu əldən vermişdi.

Qyedo van der Qarde: “Niko Rosberq ayrıldıqdan sonra Həmilton açıq-aydın Mercedes-in birinci sürücüsü oldu. Artıq siyasi oyunlar olmadığı üçün rahat yarışa bilirdi. Onun əsl gücünü yarışlarda gördük. Ən pis vaxtında belə ikinci və ya üçüncü ola bilirdi. Ağıllı sürür və səhv etmir. Braziliyadakı sıralanma turunu saymasaq, işinə fokuslanmışdı. Böyük pilot olduğunu göstərdi.

Sebastyan da çempiondur. Red Bull-da bir neçə dəfə çempion ola bildi. Yenidən ola bilər. Ferrari üçün çox vacibdir. Mövsümün əvvəlində ən sürərli bolid onlarda idi, amma daha sonra texniki problemlər çıxdı və bəzi səhvlər – axmaqca edilmiş səhvlər. Düzü, Lyuis kimi soyuqqanlı ola bilmədi. Lyuisin çempion olmağının səbəbi bu idi. Etibarlılıq problemləri də Fettelə mane oldu. Amma soyuqqanlı ola bilmədiyi üçün bacara bilmədi.

Məsələn, Sinqapurda tələsdi. O, yarışı rahatlıqla qazana bilərdi. Ən pis ehtimalla isə, Lyuisdən daha çox xal yığa bilərdi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*