F-1.az xatırladır ki, Haas komandası və Roman Qrojan mövsümə əla başlasalar da, daha sonra fransalı sürücü hər yarış məyus olmağa başladı. Qrojan Sinqapur QP-də sürdüyü bolidin karyerası ərzində sürdüyü ən bərbad bolid olduğunu deyib. Amma komandanın rəhbəri Günter Ştayner sürücüsünün sözlərinə aydınlıq gətirib: “Məncə, o, bolidin sazlanmalarından danışırdı və bu, o demək deyil ki, bolid ümumilikdə pis vəziyyətdədir. Çünki bolid iki həftə əvvəl yaxşı vəziyyətdə idi. Bir bolid iki həftədə məhv olmaz. Sadəcə düzgün sazlanmaları tapa bilmədik.
Pis başladı və daha pis bitirdi. Əgər birinci və ikinci sərbəst yürüşlərə çıxmasan və qısa müddət ərzində böyük işlər görmək istəsən, bunun hesabını ödəyərsən. Biz yarışı sərbəst yürüşlərdə əldən verdik. Üçüncü sərbəst yürüşlərdə də zəif idik. Sıralanma turunda isə trasda çox qaldıq. Çünki istədiyimiz kimi dövrə vura bilmirdik. Daha sonra isə ötürmələr qutusunu dəyişdirməli olduq və elektronik əyləc sistemindəki problem ortaya çıxdı. Hər şey birinci sərbəst yürüşlərdə başladı və problemlərdən qurtula bilmədik. Qrojan məyusdur, amma ona bunu dedim: “Malayziyaya, daha güclü olduğumuz İtaliya və İspaniyaya baxaq. Stəkanın dolu tərəfini görək”.
O etməli olduqlarını yaxşı edir. Bəzən emosional davranır, amma daha sonra normal halına qayıdır. Getdikdən sonra onunla mesajlaşdıq. Özünə gələcək və növbəti yarışda əlindən gəldiyi qədər yaxşı geridönüş edəcək”.