G.Rokelen: Ferstappen texniki cəhətdən zəifdir

Red Bull komandasının sabiq baş yarış mühəndisi Giyom Rokelen bildirib ki, Maks Ferstappen texniki cəhətdən zəif sürücüdür.

F-1.az xatırladır ki, Rokelen hazırda Red Bull-un gənc sürücü akademiyasına rəhbərlik edir. O, 2022-ci ilə qədər komandanın baş yarış mühəndisi idi. O düşünür ki, Fettel idmana gələndə Ferstappenə nisbətən hərtərəfli sürücü idi.

Giyom Rokelen: “Məncə, Sebastyan idmana gələndə Ferstappendən hərtərəfli sürücü idi. Bu, peşəkarlıq səviyyəsi, pilotaj texnikası və düşüncə ilə bağlı bir vəziyyətdir. Onun kumiri Şumaxer idi və Sebastyan onun məktəbindən keçmişdi. Çox suallar verib, qeydlər aparırdı. Toro Rosso-dan Red Bull-a gələndə çox yaxşı hazırlanmışdı. Texniki və mənəvi olaraq daha hazırlıqlı idi.

Lakin Maksın doğuşdan böyük istedadı var və ən çox istedadına güvənir. Amma Sebastyan daha hərtərəfli sürücü idi. Maksın özünə inamı var. Nə istədiyini bilir və açıqsözlüdür. Lakin texnika olaraq işlədiyim digər sürücülərdən zəifdir. Məncə, üzərində işləməlidir. O, əsl liderdir. Ancaq texniki cəhətdən və bolid inkişafında özünü təkmilləşdirməlidir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*