F-1.az xəbər verir ki, amerikalı biznesmen gələcəkdə fikirlərini dəyişərlərsə, məbləğin 20 milyard dollardan çox olacağını deyib.
Məhz bu məbləğ ilin əvvəlində Səudiyyə Ərəbistanının dövlət investisiya fondunun guya Formula1-in qiymətini soruşması ilə bağlı şayiələr yayılanda gündəmə gəlib. Eyni zamanda, qeyd edək ki, Liberty illər əvvəl çempionata nəzarəti 4,2 milyard dollara ələ keçirib.
Qreq Maffey: “Korporasiyamız bölmələrindən birini satarsa, biz korporativ vergi ödəyirik, bundan sonra onu ödədiyimiz hər hansı gəlir səhmdarlarımıza bölüşdürülür və onlar da vergi ödəyirlər. Əgər biz Formula1 ilə yollarımızı ayırmalı olsaq, onu ayrıca şirkətə ayırıb kifayət qədər vaxt gözləyərdik.
Hazırda onu satmaq planımız və ya niyyətimiz yoxdur – bu aktiv gələcəkdə, korporativ vergini ödəmək lazım olmayanda satıla bilər. Demək istəyirəm ki, bu gün korporasiyamızın strukturu elədir ki, biz heç nə satmayacağıq.
Artıq bildirmişəm ki, səudiyyəlilər bir sıra layihələrdə bizim tərəfdaşlarımızdır: yarış onların ölkəsində keçirilir, Aramco isə sponsorumuzdur. Amma onlar heç vaxt Formula1-i almaq üçün bizimlə danışıqlar aparmayıblar. Açığı, 20 milyard dollar cəlbedici qiymət olmayacaq. Mən daha çox şey istəyərdim! Bizim gələcək üçün böyük planlarımız var”.