Q.Çjounun maşınında dəyişiklik edilib

Niderland yarışından əvvəl sadəcə bir maşının güc qurğusunda dəyişiklik olub.

F-1.az bildirir ki, FİA həmişə olduğu kimi cümə günü güc qurğusunda dəyişiklik edən sürücüləri açıqlayıb.

Verilən açıqlamaya görə Alfa Romeo komandasının sürücüsü Quanyu Çjounun güc qurğusunda dəyişiklik edilib. Çinli sürücünün maşınında daxiliyanma mühərriyi, turbo, MGU-H və MGU-K generatorları yenilənib. Beləliklə, gənc sürücü hər bir detalda 4-cü dəyişikliyini edib və cərimələnməyəcək.

Hələlik bundan başqa dəyişiklik yoxdur.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*