F-1.az xatırladır ki, Bəhreyndə yalnız Valtteri Bottas yarışı ilk onluqda tamamlamış, lakin Ciddədə çinli sürücü də buna çalışacaq.
Quanyu Çjou: “Mövsümə güclü başlanğıc bütün komandanı yaxşı əhval-ruhiyyəyə saldı, o cümlədən məni. Yarışın ən sürətli dövrəsini vuranda və rəqiblərimizə əlavə xalı qazanmağa imkan verməyəndə ümumi işə töhfə verməkdən xoşbəxt oldum.İndi çempionatın ikinci mərhələsi üçün Səudiyyə Ərəbistanına gedirik və xal hesabını açmağa qərarlıyam.
Bəhreyndə maşının davranışı hər gün yaxşılaşırdı və bu, bizim düzgün yolda olduğumuzu göstərir.Tərəqqinin davam etməsi üçün tədricən düzgün şeyləri əlavə etmək və daim təkmilləşdirmələr axtarmaq lazımdır. Rəqabətin çox gərgin olacağı artıq aydındır, lakin biz maşınımızdan maksimum yararlana bilsək və komanda mümkün qədər səmərəli işləsə, özümüzü daha da yüksəltməyə heç nə mane olmayacaq. Bu həftə sonu hədəflər böyükdür”.