Q.Çjou: Üzərimdə daha az təzyiq var

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou bildirib ki, hazırda üzərində daha az təzyiq var.

F-1.az xatırladır ki, çinli sürücü bu il Formula1-də ikinci mövsümünü keçirəcək.

Quanyu Çjou: “Üzərimdə daha az təzyiq hiss edirəm. Əlbəttə, bu il keçənilkindən daha yaxşı performans göstərməliyəm. Keçən il hər şey mənim üçün çox yeni idi və nə edəcəyimi bilmirdim.

Simulyatorda çox vaxt keçirə bilərsiniz, amma bu real yarışla bir deyil. Keçən il potensialımı göstərmək üçün üzərimdə təzyiq var idi. Bunu etdiyim üçün xoşbəxtəm. Bu il hər şeylə tanışam və təcrübəliyəm. Buna görə də Bəhreyndəki ilk yarışda üzərimdə keçənilki kimi təzyiq olmayacaq. Keçən il çox gərgin idim. Amma inanılmaz bir gün idi. Bu il üzərimdə daha az təzyiq olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*