Q.Çjou: Tənqidçiləri susdurdum

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou düşünür ki, o, tənqidçiləri susdura bilib.

F-1.az xatırladır ki, əksəriyyət çinli sürücüyə pullu pilot etiketi yapışdırsa da, o göstərdiyi performansla tənqidçiləri susdura bilib.

Quanyu Çjou: “Məqsədim məndən şübhələnən insanlara özümü göstərmək idi. Yenə də əsl sual bu idi: İlk xallarımı alana kimi nə qədər gözləməliyəm? Ancaq elə mövsümün ilk yarışı Bəhreyndə 10-cu olub bir xal qazandım. Beləliklə, üzərimdəki təzyiq də azaldı. İnsanların fikrini dəyişdirdiyim üçün sevincliyəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*