Q.Çjou: Təkər seçimi yarışımızı məhv elədi

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou bildirib ki, təkər seçimində qumar oynamaqla yarışı məhv ediblər.

F-1.az xatırladır ki, çinli sürücü yarışa 13-cü yerdən başlasa da, yekunda 14-cü olub. O, yarışa Hard təkərlə başlayıb və davamlı təkər yeyilməsindən şikayət edib.

Quanyu Çjou: “Ən yaxşı həftəsonumuz deyildi. Hard təkərlər yarışımızı məhv elədi. Onları işlədə bilmədik. Tez yeyilirdilər və heç nə qazana bilmədik. Risk etdik, amma ilişmə yox idi. Daha sonra da DRS qatarında itirdik. AlphaTauri maksimum sürətdə daha yaxşı idi və bizi çətinlik çəkmədən qabaqladılar. Əsəbpozucu olsa da, vəziyyət belə idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*