F-1.az xatırladır ki, çinli sürücü Yaponiya yarışını 16-cı yerdə bitirsə də, ən sürətli dövrənin sahibi olub.
Quanyu Çjou: “Xalsız qalsaq da, həftəsonundan pozitiv şeylər qazandıq. Hələ də belə gözəl tempimizin olduğunu görmək gözəl idi. Bundan başqa Suzukaya ilk dəfə gəldim və yeni şelər öyrəndim.
Hava şəraiti çox dəyişirdi və trası görmək çətin idi. Startda ilk döngədə problem yaşadım və buna görə də gerilərdən yüksəlməli oldum. Restartda isə iki seçim var idi. Ya ilk dövrədən sonra keçid təkərlərini götürməli idik ya da yağışın artacağı ümidi ilə trasda qalacaqdıq. Çox geridə idim və öndəki sürücülərin spreyində qalırdım. Buna görə də yağış təkərləri ilə trasda qalmağı seçdim.
Lakin daha sonra tras qururduqca səhv qərar verdiyimizi anladım. Yenə də bəxtimizi sınadıq. Ən sürətli dövrəni vurdum və sevincliyəm”.