Q.Çjou: Strategiya səhv idi

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou bildirib ki, səhv strategiya seçiblər.

F-1.az xatırladır ki, çinli sürücü Braziliyadakı sıralanma turunda 17-ci yeri tutub.

Quanyu Çjou: “Trasın sürüşkən olduğunu nəzərə alsaq, əvvəl hər şey qaydasında idi. Ancaq Soft təkərləri 1 ya da 2 dövrə gec götürdük. Buna görə də yaxşı dövrə atmaq mümkünsüz idi.

İkinci sessiyanı az fərqlə əldən vermək məyusediciir. Bir dövrəmiz də olsa, yaxşı nəticə mümkün idi. Çətindir… Soft təkərlərlə yaxşı dövrə vurmuşdum. Daha yaxşı nəticə mümkün idi. Bunu düşünəndə lap əsəbiləşirəm. Ümdi edirəm ki, sprint yarışında yüksələ bilərəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*