F-1.az xatırladır ki, çinli sürücü keçən il Formula1-dəki ilk mövsümü olmasına baxmayaraq, qənaətbəxş nəticə göstərmişdi.
Quanyu Çjou: “Əsas hədəfimiz irəliyə doğru addım atmaq, inkişaf etmək, fürsətləri dəyərləndirmək və stabil olmaqdır.
Keçən il etibarsızlıq probleminə görə çox xal itirdik. Ümid edirəm ki, builki bolidimiz daha sürətli olar. Belə olanhalda keçən ildən daha çox xal toplayar və Mühəndislər Kubokunda daha yaxşı yer tutarıq. Bu hal komanda üçün də yaxşı olacaq”