F-1.az xatırladır ki, McLaren yeni reqlamentin ikinci mövsümündə artırmaqdansa, əksinə geriləmiş və komanda texniki direktorları Ceyms Ki ilə yollarını ayırmışdı.
Britaniyalı mütəxəssis isə çox boşda qalmayıb. Onu Alfa Romeo komandası transfer edib. Ceyms Ki daha əvvəl McLaren-də Andrea Zaydlla işləyib. Bundan başqa, Ki 2010-2012-ci illərdə Sauber komandasında texniki direktor vəzifəsində olub.
Quanyu Çjou: “Sözün açığı təəccübləndim. 2026-cı ilə qədər komandada bəzi şeylərin dəyişəcəyini bilirdim. Amma belə tez olacağını gözləmirdim.
Andreas indidən Audi üçün komanda qurmağa çalışır. Atdığı hər addımdan razıyam. O, komanda üçün əlindən gələni edir və yaxşı insandır. Ümid edirəm ki, Ceyms komandaya tez qoşular və bizə başqa ideyalar gətirər. Beləliklə, biz də bu fikirlərin işığında işləməyə davam edib, önə doğru addımlar atarıq.
McLaren-də nələrin baş verdiyini və niyə qovulduğunu bilmirəm. Amma eşitdiyimə görə Andreas və Ceyms birlikdə çox yaxşı işlər görürlərmiş.
Onlar gələndə McLaren gerilərdə idi və çətinlik çəkirdilər. Bir müddətdən sonra yarış və podium qazanan komanda oldular. Məncə, ikisi də nə etdiklərini bilirlər. Onları sadəcə dəstəkləyirəm. Andreasın bütün qərarlarının arxasındayam. Əminəm ki, işlər hər yöndə istədikləri kimi gedir. Bütün bunlarla bağlı problemim yoxdur.
Əsas məqsədimiz maksimum sürətdə daha az sürtünməyə məruz qalmaqdır. Beləliklə, yüksəl sürətdə problem yaşamamaq üçün trasda daha alçaq qanadlar istifadə etməli olmayacağıq.
Məncə, hər paketdə performans var, amma az sürtünmə 1-2 gündə həll olunası şey deyil. Bunun üçün vaxt lazımdır”.