Q.Çjou özünü qiymətləndirib

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou bildirib ki, 2022-ci ildə pis performans göstərməyib.

F-1.az xatırladır ki, çinli sürücü bu il idmanda debüt etsə də, çox az səhv etmişdi və bəzi yarışlarda Valtteri Bottası üstələyə bilmişdi.

Quanyu Çjou: “Özümə 10 ballıq sistemdə 7 bal verirəm. Bu yaxşı xaldır. Təbii ki, daha yaxşısını etmək istəyərdim. Bir neçə dəfə mübarizəni vaxtından əvvəl dayandırdığım üçün 8-10 xal itirdim və bu məyusedicidir. Lakin əsas odur ki, hamıya potensialımı göstərdim. Mövsümün əvvəlində hədəflərimizə çatdıq. İkinci və son sessiyaya qaldım və xallar qazandım. İndi isə performansımızı artırmalıyıq. Görək nə olur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*