F-1.az xatırladır ki, çinli sürücü keçən yarış Montsada xal orucuna son vermişdi.
Quanyu Çjou: “Mənim üçün əla həftədir, çünki təzəlikcə müqaviləmi yenilədim. İndi də Sinqapur yarışı gəlir. Bu tras ölkəmə çox yaxındır və buna görə də ailəm və dostlarım məni dəstəkləməy gələcəklər. Həm də bura mənim üçün yeni trasdır. Şəhər tipli trasda gecə və belə şəraitdə yarışmaq çətin olacaq. Buna baxmayaraq, hazıram.
Montsada qazandığım xallar özümə olan inamı qaytardı. Bu həftəsonu bizi sıx mübarizə gözləyir. Ümid edirəm ki, maşından maksimumu alaram”.