Q.Çjou nikbindir

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou yenidən xal aldığı üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, çinli sürücü Kanda yarışında 8-ci olaraq, Bəhreyndən sonra ilk dəfə xal qazanıb.

Quanyu Çjou: “Bundan əvvəl bir neçə dəfə məyusluq yaşadığım üçün finişə çatanda sevindim. Kanadada ilk dəfə yarışırdım və nələr olacağı barədə bir fikrim yox idi. Lakin komanda olaraq performansımızdan çox razıyam. Həm sıralanma turunda, həm də yarışda güclü performans göstərdik və uzun müddətdən sonra iki maşınla xallar qazandıq. Növbəti yarışlar üçün yaxşı tempimiz olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*