Q.Çjou: Hər şey ola bilər

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou bildirib ki, İnterlaqosda yarışmaq üçün səbirsizlənir.

F-1.az xatırladır ki, çinli sürücü İnterlaqosda ilk dəfə Formula1 bolidi sürəcək.

Quanyu Çjou: “Əfsanəvi sürücülərin bəziləri Braziliyadan çıxıb. İndi bu torpaqlarda yarışmaq üçün səbirsizliklə gözləyirəm. Bir neçə həftə əvvəl bu trasda simulyatorda sürmüşdüm. Gözləntilərim yüksəkdir.

Meksikada xal almaq gözəl idi. Yaxşı tempimiz var və çox işləsək, bunu qoruya bilərik. Braziliyada son dəfə sprint yarışı keçirəcəyik. Buna görə də əlimizdən gələni etməliyik. İmola və Avstriyada hər şeyin mümkün olduğunu göstərdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*