F-1.az xatırladır ki, çinli sürücü yarışı 9-cu yerdə bitirsə də, Alonsonun cəza alması ilə yekunda 8-ci olub. Bu isə gənc sürücünün karyerasındakı ən yaxşı nəticədir.
Quanyu Çjou: “Həm mənim üçün, həm də komanda üçün yaxşı həftəsonu oldu. Səkkizinci yerdən razıyam. Bu, Formula1 karyeramdakı ən yaxşı nəticəmdir. Yarışda həm performans, həm də strategiya cəhətdən yaxşı işlədik. Bir az Lənsin arxasında ləngisəm də, həftəsonu yaxşı keçdi. İnkişaf etdik və uğursuz keçən bir neçə yarışdan sonra onluğa qayıtdıq. Bu, gözəl mükafatdır.
Kanada trasında təcrübəm olmasa da, sıralanma turunda çətin hava şəraitində yaxşı sürdük. Xal üçün yarışacağımı bilirdim və bunu etdik. Komandadakı hər kəsə görə sevincliyəm. Bu nəticəyə layiq idik. Sonrakı yarışları səbirsizliklə gözləyirəm”.