F-1.az xatırladır ki, çinli sürücü keçən il Formula2-də Piastri ilə mübarizə aparmış və sonda üçüncü olmuşdu. Lakin Çjou mövsüm bitdikdən sonra Alfa Romeo komandaıs ilə Formula1-ə gəldi. Piastri isə bu il Alpine-in ehtiyat sürücüsü olsa da, gələn il McLaren-lə yarışması gözlənilir.
Quanyu Çjou: “Onlarla əlaqəm tamamilə kəsilib. Hər şey yaxşı oldu. Keçən ilin sonunda onlalra müqaviləm bitirdi və son qərar iki tərəfdən asılı idi. Ancaq qarşıma Alfa Romeo fürsəti çıxdı. Müqaviləyə görə Alpine-lə yollarımı tamamilə ayırmalı idim. Onların hər ikisi həm Formula1 üçün, həm avtomobil dünyası üçün böyük brendlərdir.
Alpine-dən ayrılmaq san olmadı. Lakin hər şey qaydasındadır və sevincliyəm. Orada qalsam, Oskar kimi ortada olacaqdım. Bu da mənim üçün yaxşı olmazdı. Düzgün qərar verdim”.