F-1.az xatırladır ki, çinli sürücü bu il Alfa Romeo ilə idmanda debüt edib və indiyə kimi qənaətbəxş nəticələr göstərib. Quanyu hazırda turnir cədvəlimdə 17-ci yerdədir.
Frederik Vassyör: “Çjou ilə işləməyə davam edəcəyik. Keçən il Əbu Dabudəki ilk testdən bəri işə olan yanaşmasından təsirlənmişdim. Sürətli olduğunu bilirdik, amma qısa müddətdə Formula1-ə belə tez öyrəşməsi bu ilin ən böyük surprizlərindən biri idi. Komandada hamı onu çox istəyir. Yaxşı oğlandır.
Bu il təcrübə topladı və gələn il bundan faydalanacaq”.
Quanyu Çjou: “Formula1-ə gəlmək mənim üçün xəyalımın reallaşması idi və ilk yarışımdakı hissləri unutmayacam. Komanda mənə çox dəstək oldu. Burada ilk gündən bəri dəstək gördüm və buna görə də belə qarışıq seriyaya uyğunlaşdım.
Bu idmanda daha böyük uğurlar qazanmaq istəyirəm. Hələ öyrənməli çox şey var, amma gördüyümüz işə güvənirəm. Növbəti mövsümü səbirsizliklə gözləyirəm”.