F-1.az xatırladır ki, Çin Qran Prisi bu il təqvimə salınsa da, daha sonra Covid-19-a görə ləğv edilmişdi. Beləliklə, 2019-cu ildən sonra növbəti dəfə Şanxayda yarış olmayacaq.
Quanyu Çjou: “Bu, məyusedicidir. Çindəki təşkilatçılarla vəziyyəti yaxından izləyirdim. Yarış əvvəl ləğv edildi, ancaq daha sonra sərhədlərin açılması ilə geri qaytarmaq üçün ümidimiz yarandı.
Lakin yarış apreldə olmalı idi və bu hadisə yanvarda olduğu üçün artıq gecikmişdik. Sentyabr ayında yarış keçirmək üçün əlimizdən gələni etsək də, alınmadı. Buna görə də birdəfəlik təqvimdən çıxarıldı”.