F-1.az xatırladır ki, çinli sürücü sıralanma turunda ikinci sessiyaya qalıb və 15-ci yeri tutub.
Quanyu Çjou: “Sıralanma performansım yaxşı idi. Bu boliddən maksimumu aldım. Heyif ki, daha yaxşı nəticə üçün tempimiz yox idi. Cümə günü hər şey yaxşı olduğu halda, şənbə günü çətinləşdi.
Sonuncu məşqlərdə çətinlik çəkdik. Nahardan sonra tempimiz artsa da, son sessiyaya qalmağa sürətimiz çatmadı. Ümid edirəm ki, yarışda yüksələ bilərik”.