Q.Çjou: Barselonada layiq olduğumuz xalları qazandıq

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou bildirib ki, Barselonada layiq olduqları xalları alıblar.

F-1.az xatırladır ki, çinli sürücü Kataloniyadakı yarışa 13-cü yerdən başlasa da, yekunda 9-cu olub və komandasına 2 xal qazandırıb.

Çjou yarışa Soft təkərlə başlayıb və pitə çox tez – 9-cu dövrədə gəlib.

Quanyu Çjou:  “Pitə tez gəlmək vacib idi, amma pit-stop deyəsən yavaş oldu. Buna görə də Tsunoda məni qabaqladı, çünki təkərlərim soyuq idi və qızdıra bilmirdim.

Yerinizi qorumaq üçün pitə tez gəlmək yaxşı fürsətdir, amma təkəri qızdırmaqdan da çox şey asılıdır. Mənim üçün hər şey nəzarət altında idi və buna görə sona qədər güclü yarış keçirdim. Yüksək sürətdə hər şeyə nəzarət etməlisiniz və bunu etdim. Şərait yarışmaq üçün çox yaxşı idi. Çünki son döngədə təkərlər yeyildikcə rəqibi daha yaxından izləyə bilirdik. Buna görə də yaxşı performans göstərdim. Komanda da mənə doğru zamanda doğru məlumat verdi. Buna görə də Haas-ı keçə bildik və sonra AlphaTauri-yə çatdıq.

Bu xal bizi və bazadakı bütün işçiləri rahatlatdı. Mövsüm komanda üçün çətin başlamışdı. Axır ki, sonda layiq olduğumuz xalları qazandıq. Maşın əla idi və bundan istifadə etdiyim üçün sevincliyəm. Yaxşı yarışdıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*