Q.Çjou: Bakıda yenidən xal qazanmalıyam

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou bildirib ki, Bakıda tempini davam etdirmək istəyir.

F-1.az xatırladır ki, çinli sürücü Melburnda təcrübəli komanda yoldaşı Valtteri Bottası qabaqlayaraq, Alfa Roemo-ya xallar qazandırmışdı.

Quanyu Çjou: “Builki ilk xallarımı Avstraliyada qazandım və bu da mənə əlavı motivasiya verdi. Bakı yarışından əvvəl üçhəftəlik fasilədə buna ehtiyacım var idi. Yenə də bu fasilə tətil kimi olmadı, çünki çox işlədim və növbəti yarışlarda inkiaşf etmək üçün bazada simulyatorda çox işlədim.

Bakıda da Melburndakı yaxşı performansımı təkrarlamalıyam. Buna görə də yarışda onluğa düşməyi hədəfləyirəm. Builki bütün yarışlarda olduğu kimi nəticələr yaxın olacaq. Hər salisə fərq yarada bilər. Yenə də yaxşı performans göstərsək, fürsətimiz olacaq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*