F-1.az xatırladır ki, keçən həftəsonu Britaniya yarışında Quanyu Çjou üçün yarış ciddi qəza ilə başa çatmışdı.
Silverstounda həkimlər çinli sürücüdə heç bir xəsarət tapmasalar da, Şpilberqdə yarış həftəsonu başlamazdan əvvəl o, məcburi əlavə yoxlamadan keçib, çünki beyin silkələnməsi və ya buna oxşar digər sarsıntılar zamanı həkimlər ən çox qəzanın qısa intervaldan sonra təkrarlanmasından qorxurlar.
Bu gün Çjou Şpilberqdə bütün tibbi müayinələrdən uğurla keçib və FIA tərəfindən Avstriya Qran Prisində onun iştirakı təsdiqlənib.