F-1.az xatırladır ki, Lauda 70-ci illərdə Ferrari ilə 2, Şumaxer isə 2000-ci illərdə 5 titul qazanıb. Son illərdə isə Alonso və Fettel kimi pilotlar “qırmızılar”la çempionluq qazana bilməyiblər.
Gerhard Berger: “İtalyanlarla uğur qazanmaq çətindir. Üç il orada oldum, həmişə liderlır arasında olsam da, uğur qazana bilmədim. Ferrari-yə sadəcə Lauda və Şumaxer uğur qazandıra bildi. Onlar bunu bacardılar. Kimi Rəykkönen isə bəxti hesabına çempion oldu, çünki rəqibləri çox səhv elədi. Ferrari ilə yarışmaq nə qədər mükəmməl olsa da, italyanlarla işləmək çox çətindir”.