F-1.az xatırladır ki, İtaliya komandası son dəfə 2007-ci ildə Kimi Rəykkönenlə titiul qazanıb. Həmin ildən sonra komanda bəzən çempionluğa yaxın olsa da, titulu əldə edə bilməyib. Ancaq “qırmızılar” son iki ildir yarış qazana bilmir.
Qerhard Berger: “Ferrari bu il yaxşı çıxış etsə də, yetərincə yaxşı deyildilər. Bu hal sürücülərdən qaynaqlanmır, çünki hər ikisi də çox istedadlıdırlar. Komandanın hədəfi açıq olmalıdır. Ferrari qələbələr və titullar üçün mübarizə aparmalıdır. Gələn il Ferrari və azarkeşləri üçün vacib olacaq. Əminəm ki, onlar bunun üçün işləyirlər. Ümid edirəm ki, gələn il çempion olarlar”.