Q.Anderson: “Ferrari 4-cü ola bilər”

Jordan komandasının sabiq texniki direktoru Qəri Anderson bildirib ki, Mauritsio Arrivabenenin yerinə Mattia Binottonun gətirilməsi səhv addımdır.

F-1.az xatırladır ki, Binotto 2016-cı ilin ortasında Ceyms Əllisonun əvəzinə texniki direktor olaraq təyin edilmiş və Ferrari 2017-ci və 2018-ci illərdə Mercedes-lə çempionluq uğrunda mübarizə aparmışdı. Lakin italyanlar hər iki mövsümdə də ikinciləyə razı olmuş və buna görə də komandanın rəhbəri Mauritsio Arrivabene vəzifəsindən uzaqlaşdırılaraq yerinə Mattio Binotto gətirilib.

Qəri Anderson: “Binotto texniki direktor kimi güclüdür. Onu vəzifəsində saxlamaq lazımdır. Bu işə tam fokuslanmaq lazımdır. Belə olan halda isə texniki cəhətdən daha az xeyir verəcək. Səhv qərardır, başqası gətirilməli idi. Ən yaxşı texniki işçinizi niyə başı çıxmadığı idarəetmə işinə qoyursunuz, anlamıram. Bir neçə saniyə qazanmaq şansınız varkən problemlər yaşaya bilərsiniz. Bu il Ferrari 3-cü və ya 4-cü yerə düşsə, necə olacaq? Binotto buna görə dəyərini itirə bilər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*