P.Zauber komandanın adını dəyişmək istəyir

Biz artıq xəbər vermişdik ki, Peter Zauber öz komandasının adını dəyişmək üçün federasiyaya müriacət etmək istəyir – keçən il Bavariya […]

Biz artıq xəbər vermişdik ki, Peter Zauber öz komandasının adını dəyişmək üçün federasiyaya müriacət etmək istəyir – keçən il Bavariya şirkətinin Formula1-i tərk etməsinə baxmayaraq, komanda hələ də BMW Sauber adlanır. Zauber hələ rəsmi müraciət etməyib, addəyişmə proseduru olduqca çətindir, həm də bu zaman komanda əvvəlki mövsümün teleyayımından gələn gəliri itirə bilər. Buna baxmayaraq, Britaniyanın Autosport qəzetinə müsahibəsində Peter təsdiq edib ki, o, komandanın adını dəyişməyi planlaşdırır…

Peter Zauber: “Biz şassinin adının dəyişdirilməsi üçün müraciət edəcəyik, amma bunu nə zaman etməyizi qərara almamışıq. Lakin mövsümün gedişində bu nə vaxtsa baş verəcək.”

Bu il İsveçrə komandasının titul sponsoru yoxdur və Zauber etiraf edib ki, gələn mövsümə kimi sponsor tapmaq çətin olacaq: “Təəssüf ki, bizim maşın praktiki olaraq ağ rəngdədir, çünki yanvar-fevral aylarında sponsor tapmaq çox çətindir, demək olar ki, mümkün deyil. Amma indi biz gələn il üçün sponsor axtarırıq və ümid edirəm ki, tapacayıq. Amma əgər biz mövsümün ortasına kimi müqavilə bağlaya bilsək, istisna etmirəm ki, yeni sponsorla əməkdaşlığa elə bu mövsümdən başlayacayıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*