P.Zauber Ferrari motorlarına ümid edir

İsveçrənin Blick qəzetinin səhifələrində öz guşəsində Peter Zauber BMW Sauber komandasının satılması ətrafında vəziyyəti şərh edib… Peter Zauber: “Dörd il […]

İsveçrənin Blick qəzetinin səhifələrində öz guşəsində Peter Zauber BMW Sauber komandasının satılması ətrafında vəziyyəti şərh edib…

Peter Zauber: “Dörd il əvvəl komandamı BMW şirkətinə satdıqdan sonra özümdə yüngüllük hiss etmişdim. Mən əmin idim ki, həm Sauber üçün, həm də Hinvill üçün uzunmüddətli sponsor tapmışam. 2006-cı ildə mənim yeni həyatım başladı və hər şey bu il iyulun 29-na kimi yaxşı idi – həmin gün BMW Formula1-dən getməsini elan etdi.

Bu qərar bir çoxlarını təəccübləndirmişdi və həmin gündən narahatlıq başlandı. Mən BMW ilə danışıqlara başladım, komandanı tez alıb Razılıq Müqaviləsini imzalamaq lazım idi. Bu vacib idi, çünki bu zaman biz BMW Sauber çatası teleyayım gəlirlərini ala bilərdik, bu isə milyonlarla Avrodur. Amma, təəssüf ki, məsələni cəld həll edə bilmədik.

Günü gündən vəziyyət daha da pisləşirdi. Bizim zəmanətimiz yox idi ki, komanda gələn ilin çempionatına buraxılacaq, amma biz alıcı axtarmalı və eyni zamanda potensial sponsorlarla danışıqlar aparmalı idik. Bu asan deyil, axı sponsorlar bilmək istəyirdilər ki, komandanın gələcək sahibi kim olacaq, potensial alıcılar isə komandanın sponsorları ilə maraqlanırdılar. Vaxt gedirdi, FİA-nın təyin etdiyi dedlayn yaxınlaşırdı.

Sonra ilk maraqlı sərmayədarlar peyda oldular, amma onların təklifləri ciddi deyildi. Onda BMW özü məsələyə qarışdı: xüsusi menecer ayrıldı və o daxil olan təklifləri seçməklə danışıqlar aparırdı. Çətin vəzifə idi, vaxt isə lap az qalmışdı.

Nəhayət, bu iş uğurla başa çatdırıldı. Belə alındı ki, bizim bəyanatımız FİA-nın 13-cü komandanı elan etməmizdən sonra verildi, amma FİA bizə 14-cü komanda olmaq hüququ verdi: Qadbak İnvestments Ltd. şirkəti ilə müqaviləmiz sentyabrın 15-də günorta imzalandı.

Bizim bəyanatımızdan bir neçə dəqiqə sonra jurnalistlər bizə müraciət etdilər, axşama qədər belə oldu və mən başa düşdüm ki, necə yorulmuşam…

Məsələnin həll olunmasından razı qaldım. Qarşıda bizi çox iş gözləyir. Biz yeni sahiblərimizlə danışıqlara başlamışıq, hələ çox məsələləri həll etməliyik, bircə məsələdən başqa – bizə motor və transmissiyanı Ferrari verəcək…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*