F-1.az xəbər verir ki, Pyetor Amerikada da LMP2 sinfinin Oreca 07 idman prototipini idarə edəcək. Söhbt altı mərhələdən ibarət olan tam bir mövsümdən gedir.
Onun tərəfdaşları Erik Lüks və Devlin DeFrançesko olacaqlar, çempionatın birinci mərhələsində, yəni Daytonanın 24 saatlıq marafonunda onlara Ostin Sindrik də qoşulacaq. Üstəlik, Lüks və DeFrançesko keçən il öz siniflərində Dragon Speed komandası ilə bu yarışı qazanmışdılar..
Pyetro Fittipaldi: “Rick Ware Racing ilə qayıtdığım üçün çox xoşbəxtəm. Rick Ware komandası ilə ilk dəfə 2021-ci ildə Indy 500-də əməkdaşlıq etdim və biz ən sürətli debütant olaraq mükafat qazandıq. Ancaq mən həmişə başqa bir əlamətdar yarışın – 24 saatlıq Daytonanın startına getməyi xəyal etmişəm.
Mən bu marafona əmilərim Kristian Fittipaldi və Maks Papis orada yarışarkən baxmışdım və hər şey əla idi. Düşünürəm ki, avtoidmanına gəlməyimin səbəblərindən biri də budur. Mən IMSA çempionatında tam bir mövsüm keçirdiyim üçün çox xoşbəxtəm və Erik Lükslə eyni heyətdə LMP2 sinfində olacağam. Ostin Sindrik və Devlin DeFrançeskonun Daytonada komanda yoldaşlarımız olması da əladır”