Pyero Ferrari: Ümid edirəm ki, keçənilki problemlər bu il təkrarlanmayacaq

Xatırladaq ki, 2020-ci ilin maşınlarının təqdimatları sabahdan başlayır və bu siyahıda birinci Ferrari qərarlaşıb.

F-1.az bildirir ki, F1 tarixinin ən adlı-sanlı komandasının təqdimatı İtaliyanın Reccio Emiliya şəhərində bələdiyyə teatrının binasında baş tutacaq..

Skuderiyanın böyük ehtimalla SF1000 adlandıracağı maşınla titul uğrunda mübarizədə ciddi ümidlər var. Əfsanəvi Kommendatorenin oğlu və şirkətin vitse-prezidenti Pyero Ferrari Corriere dello Sport-a verdiyi müsahibədə maşının keçənilki problemlərinin təkrarlanmaması üçün tam yenidən hazırlandığını söyləyib.

Pyero Ferrari: “Builki avtomobil tam yenidən hazırlanıb. Mümkün olan hər şeyi etdik və ümid edirik ki, keçənilki problemlər təkrarlanmaz. Həqiqətən yaxşı bir iş görmüşük və biz uğur gözləyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*