Nelsinyo Pikenin 2008-ci ildə Sinqapur Qran Prisində qərəzli qəzasının araşdırılmasından sonra Pət Simonds 5 il müddətinə Formula1-dən uzaqlaşdırılmışdı. Sonra bu qərar bir qədər yüngülləşdirilmişdi və keçən il mühəndis Marussia komandasına ştatdankənar məsləhətçi kimi kömək edirdi, qarşıdakı mövsümdə “qadağa müddəti” bitir.
İspaniyanın ABC qəzeti yazır ki, 2013-cü ildə Simonds Marussia komandasının texniki direktoru kimi komanda körpüsünə qayıdacaq. Simondsun başçılığı altında komandada ciddi restruktur işləri görülüb, komanda McLaren-in aerodinamik borusundan fəal istifadə etməyə başlayıb və yeni maşının bir çox elementləri məhz bu boruda hazırlanıb.
Simondsun texniki direktor vəzifəsinə təyinatı rəsmən təsdiq olunmayıb, çox güman ki, komanda bu bəyanatı təqimat mərasimində yayacaq…