F-1.az xatırladır ki, fransalı sürücü Formula1 karyerası ərzində 51 qələbə, 4 Dünya Çempionluğu qazanıb.
Sənədli film 4 seriyadan ibarət olacaq və hər seriya 45 dəqiqə davam edəcək.
Canal+ sənədli film direktoru Kristin Koklin: “O, Fransanın qəhrəmanıdır və sənədli filmə layiqdir. Bu filmdə idmana necə gəldiyi, 1986-cı ildə xərçəngdən ölən qardaşı ilə münasibəti, dəlisov mövsümləri, Çempionluqları və Senna ilə rəqabəti göstəriləcək.
Professor 2010-cu ildə çəkilmiş Senna filmindəki təsvirini bəyənməmişdi”.