Bu gün Albervil şəhərinin ədliyyə evində mətbuat kofransı baş tutub – konfransda yerli hüquq-mühafizə orqanının nümayəndələri Mixael Şumaxerin yıxılaraq ağır kəllə-beyin zədə almasına səbəb olan insidentin ilkin araşdırmaları barədə məlumat veriblər.
Mətbuat konfransını Alvervilin prokuroru Patrik Kensi aparıb. Kensinin sözlərinə görə, araşdırma yaxşı tempdə davam edir, hadisə yeri diqqətlə öyrənilib və hazırda Savoyya departamentinin jandarmeriyası Mixael Şumaxerin dəbilqəsinə bərkidilmiş GoPro kamerasından götürülmüş 2 dəqiqəlik videoyazını kadr-kadr izləyirlər. Videoyazı çox keyfiyyətlidir və insidentin necə baş verməsini dəqiq canlandırmağa tam imkan verir.
Buna baxmayaraq, jandarmeriyanın bölmə komandiri Stefan Bozonun sözlərinə görə, hələ Mixaelin yıxıldığı an sürəti barədə dəqiq nəsə söyləmək mümkün deyil. Lakin məlum olub ki, Şumaxer rəsmi işarələnmiş dağ trasından kənara çıxdıqda belə sürətini azaltmayıb. Trasın sərhəddindən səkkiz metr kənarda Mixael yıxılıb: yeddiqat dünya çempionu bir daşa ilişib və irəliyə yıxılaraq başı ilə başqa bir daşa çırpılıb.
Konfrans iştirakçıları bildiriblər ki, məhz bu yazı əllərində olan yeganə yazıdır, yəni əvvəllər mətbuatda qeyd olunan təsadüfi çəkilişlər barədə şayiələr təkzib olunub. Şumaxerin dəbilqəsində olan kameranın çəkilişlərinə gəlincə, gələcəkdə bu yazı rəsmən nümayiş olunacaq və Meribeldə dekabrın 29-da baş verən hadisəyə görə məsuliyyət daşıyan şəxs ciddi cəzalandırılacaq.
Patrik Kensi qeyd edib ki, hər il 50 bu cür araşdırma aparmalı olurlar və hər bir işə maksimum diqqət ayrılır və Mixael Şumaxerin hadisəsi istisna deyil. O həmçinin bildirib ki, Şumaxerin ailəsi polislərdən xahiş edib ki, araşdırmaların gedişi barədə dolğun məlumat verilsin ki, hadisə ilə bağlı şayiələrin yaranmasına ehtyac olmasın.
Məsələn, konfransında deyilib ki, Şumaxerin ayağında olan xizəklər ideal vəziyyətdə olublar və hadisəyə təsir etməyiblər, amma daşa dəydikdən sonra ciddi zədələniblər.
Prokuror Kensi bildirib ki, Mixael Şumaxerin yıxıldığı sahədə trasın markalanması ciddi öyrənilir, amma dağ kurortunun rəhbərliyinin bu hadisədə nə dərəcədə məsuliyyət daşımaları barədə danışmaq hələ tezdir, amma trasın markalanması standartlara tam cavab verib.
Jurnaslitlərdən biri soruşub ki, Şumaxer hər hansı bir səhvə yol veribmi? Stefan Bozon cavab verib ki, araşdırmanın bu mərhələsində bunu söyləmək çətindir, amma videoyazıda Mixaelin hadisədən əvvəl kiməsə kömək etdiyi barədə xəbərlərin sübutu da yoxdur…