Bİr neçə il əvvəl Prodrive şirkəti Formula1-də 13-cü komanda vakansiyası üzrə elan olunmuş tenderdə qalib gəlmişdi, amma müştəri maşınlarına qoyulan qadağaya görə bu hüququndan istifadə etməmişdi. İndi şirkət yenidən çempionatda iştiraka ərizə vermişdi, amma bu dəfə federasiya Dəvid Riçardsa ikinci şans verməyib – dərc olunmuş çempionat iştirakçılarının siyahısında Prodrive-ın adı yoxdur…
Dəvif Riçards: “FİA-nın qərarı bizi məyus edib, federasiya komandanın iştirakçıların ilkin siyahısına salmayıb, hərçənd biz bütün zəruri resurslara malikik və idmana müsbət töhvəmizi verə bilərdik. İyunun 19-na kimi biz hadisələrin inkişafını izləyəcəyik və şəraitdən asılı olaraq planımızı reallaşdırmağa hazırıq.”
Qeyri-rəsmi məlumatlara görə, FİA siyahıya düşməyən beş yeni komanda ilə danışıqları davam etdirir – əgər iyunun 19-na kimi hazırkı komandalar irəli sürdükləri şərtlərindən imtina etməsələr onların yerini yeni komandalardan kimsə tuta bilər, o cümlədən Prodrive…